28.04.2022
27.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində "Azərbaycanın zəngin mətbəxi" adlı musiqili sərgi keçirildi.
Sərgidə Samux rayon Mədəniyyət Mərkəzinin işçi kollektivi, filial müdirləri və işçiləri Məmişova Ülviyyə, Əsgərova Göyçək, Kərimova Bülbül, Mehdiyeva Rövşanə, Əsgərova Səxavət, Həsənova Vüsalə, Tağıyeva Ülviyyə, Nəbiyev Cahangir, İmanova Vüsalə, Əsgərov Qiyas iştirak etdilər.
Sərginin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif sərgi iştirakçılarını salamlayaraq açdı. O, qeyd etdi ki, Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Bunu Azərbaycanın qonağı olan və bu nemətlərdən dadan hər bir kəs təsdiq edə bilər. Bu gün zəngin Azərbaycan mətbəxi haqqında çox danışmaq olar. Azərbaycan xörəkləri içərisində 200- dən çox plov, 30-dan çox dolma, 20-dən çox kabab növü mövcuddur. "Azərbaycan dolması - Qafqazın ən dadlı yeməyidir". Dünyanın bir çox ölkələrini ziyarət etmişəm və dünyanın bir çox mətbəxini tanıyıram mənim üçün - Azərbaycan mətbəxindən dadlısı yoxdur. Sonra o çıxış üçün sözü Mədəniyyət Mərkəzinin işçisi Məhərrəmova Məlahətə verdi. O, bildirdi ki, Azərbaycan kulinariyası öz tarixinə və özünə məxsusluğuna görə digər qonşu xalqların mətbəxindən xeyli fərqlənir. Milli xörəklərimiz dadına və hazırlanma qaydasına görə daha çox şərq mətbəxinə yaxındır. Azərbaycan kulinariyası yüksək dad-tam keyfiyyətlərilə dünyada məşhurdur. Daha sonra çıxış üçün söz Qovlarsarı klub müdiri Məmişova Ülviyəyə verildi. O, bildirdi ki, Azərbaycan milli mətbəxi dedikdə ilk öncə ağlımıza dünyanın qədim, zəngin və ləzətli yeməkləri ilə bol olan bir mətbəx gəlir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Xəmir xörəkləri Azərbaycan mətbəxində xüsusi yer tutur. Bunlardan "əriştə", " xəngəl " gürzə", " düşbərə", "xaşıl" və s. yeməkləri sadalamaq olar. Azərbaycanlıların çox işlətdiyi ocaq növlərindən biridə sacdır. Sacda hazırlanan xörəklərimiz saziçi, sacaltı gil və daş saclarda isə əsasən, yuxa, bozdamac çörəkləri, qutab, qat-qat, laylı xəmirdən haIrlanmış fəsəli, qatlama və s. xörəklər hazırlanır. Sonra söz Qiyaslı kənd klub müdiri Kərimova Bülbülə verildi. O, bildirdi ki, Azərbaycanın milli şirniyyat məmulatı 3 yerə bölünür: unlu,karamelə oxşar və konfetə oxşar məmulatlar. Undan hazırlanan milli şirniyyat məmulatının 30-dan çox çeşidi məlumdur. Bununla belə hər zonanın xüsusi şirniyyat məmulatı vardır. Bunlardan Gəncə paxlavası, şəkərbura, şəkərçörəyi, şəki paxlavası şirniyyatları xüsusi yer tutur. Sonda milli mətbəximizə aid olan dadlı təamlarımız südlü plov, səbzi plov, çıxırtma, yarpaq dolması, xəngəl, sürfüllü, dovğa, və s. yeməklər sərgi iştirakçılarına təqdim olundu.